İran: Ərəbistan 1400 zəvvarın cənazəsini Mina hadisəsinin ilk günlərində dəfn edib

İranın Həcc və Ziyarət Təşkilatının rəhbəri bildirib ki 1400 nəfərdən çox insanın cənazəsi Minada “Rəmi Cəmərat” hadisəsinin baş verdiyi elə ilk günlərdə Ərəbistan rejimi tərəfindən dəfn olunub. O, bu hadisə nəticəsində vəfat etmiş bir sıra iranlı zəvvarların da Məkkədə dəfn edilə biləcəyini istisna etməyib.
 
"Maide.az" xəbər verir ki, Səid Ovhədi 9 sentyabr cümə günü həmçinin qeyd edib ki, Səudiyyə rejimi rəsmiləri min nəfərdən çox insanın dəfn edilməsindən sonra iranlı zəvvarları Məkkədə dəfn etməməklə bağlı söz verib.
 
İran rəsmisinin bildirib ki, “bəzi məlumatlara görə” min nəfərin, “digər məlumatlara əsasən isə” 1200 nəfərin cəsədi Məkkədə yerləşən “Məisəm”  morqunun yaxınlığında dəfn edilib./

Google+ WhatsApp ok.ru