İran: ‘İsrail rejimi Suriyaya hücumlara davam edərsə, cavab verəcəyik’

İran: ‘İsrail rejimi Suriyaya hücumlara davam edərsə, cavab verəcəyik’

İran İsrail rejimini Suriyaya qarşı hücumlarının davam etməsi təqdirdə uyğun və qətiyyətli cavab verəcəyi barədə xəbərdar edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani  Tehranda Suriyanın xarici işlər naziri Vəlid Muallem ilə görüşüb.
 
Şəmxani İsrail rejiminin bu hücumlarla Suriyanın ərazi bütövlüyünü pozduğunu söyləyib.
 
Hücumları qəbuledilməz adlandıran Şəmxani, belə deyib: “Bu hücumlar davam edərsə, bəzi hesablanmış tədbirləri çəkindirmək məqsədilə cinayətkarlara və İsrail rejiminin yalançı liderlərinə dərs vermək üçün qətiyyətli və uyğun bir cavabla hərəkətə keçirəcəyik”.
 
 
 

 

Google+ WhatsApp ok.ru