İran-Azərbaycan mədəni əlaqələri araşdırılıb

İran İslam Respublikasının mədəniyyət attaşesi və Azərbaycan Milli Kitabxanasının direktoru iki ölkə əlaqələrini müxtəlif sahələrdə, o sıradan mədəniyyət sahəsində araşdırıblar.
 
Maide.az xəbər verir ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi İbrahim İbrahimi cümə günü Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ilə görüşüb. O, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrə işarə edərək deyib ki, Azərbaycan Milli Kitabxanası ilə əlaqələr genişlənəcək: "Azərbaycan Respublikasının şair və yazıçılarının əsərləri müntəzəm surətdə fars dilinə tərcümə olunacaq."
 
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da bu görüşdə İran Milli Kitabxanasının müdirlərini sentyabrda keçiriləcək 4-cü Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edib.

Google+ WhatsApp ok.ru