İran: BMT hər 10 dəqiqədə bir uşaq öldürən Səudiyyə Ərəbistanını uşaqqatilləri siyahısından çıxarır

İran: BMT hər 10 dəqiqədə bir uşaq öldürən Səudiyyə Ərəbistanını uşaqqatilləri siyahısından çıxarır

ABŞ və Səudiyyə Ərəbistanı beynəlxalq mexanizmləri istehzaya qoyub.
 
Maide.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi Tvitter-də yazb. 
 
Musəvi BMT-nin Səudiyyə koalisiyasının uşaq hüquqlarını pozanların siyahısından çıxarılmasını şərh edib.
 
"İrana qarşı əsassız iddiaların ləğvindən bir neçə gün sonra, yüzlərlə yəmənli uşağın koalisiya tərəfindən öldürüldüyünün tanınmasına baxmayaraq BMT katibliyi Yəməndəki Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya sərbəst hərəkət etmək imkanı verir. BMT-nin  humanitar məsələlər üzrə ofisinin hesabatına görə, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində hər 10 dəqiqədə bir uşaq həyatını itirir". 
 
Xatırladaq ki, BMT baş katibi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyasını uşaqlara qarşı cinayətlər törədənlərin siyahısından çıxarıb.

Google+ WhatsApp ok.ru