İran-Cənubi Koreya futbol oyununda meydanda 600 metrlik `Ya Hüseyn`  bayrağı dalğalanacaq

İran-Cənubi Koreya futbol oyununda meydanda 600 metrlik `Ya Hüseyn` bayrağı dalğalanacaq

 
Xəbər verdiyimiz kimi 2018-ci il Dünya Futbol Çempionatının Asiya oyunlarında İranla Cənubi Koreya milli komandaları oktyabrın 11-də üz-üzə gələcək.
 
Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, bu tarix Məhərrəm ayının 9-cu gününə, Aşura axşamına təsadüf edir. İran rəsmiləri bu xüsusi vəziyyətlə bağlı oyunun tarixini dəyişdirmək üçün FİFA-ya müraciət etsə də, FİFA-nın Səudiyyəli bölgə rəsmisi bu müraciəti nəzərə almayıb.
 
Bunu nəzərə alaraq Əhli-Beyt (ə) aşiqləri İranla Cənubi Koreya milli komandalarının oyununda 100 min nəfərin iştirakıilə böyük əzadarlıq mərasimi keçirəcəyini bildiriblər.  Artıq bunun üçün hazırlıq işləri gedir.  Oyunun keçiriləcəyi stadionda dalğalanmaq üçün 600 metr uzunluğunda  bayraq hazırlanır.
 
 
Ötən cümə günü Tehranın imam cüməsi Ayətullah Məhəmməd Əli Movahedi Kermani cümə xütbəsində  oktyabrın 11-də Tasua gününə təsadüf edən qarşılaşmaya toxunub. "Aşura gecəsi qarşılaşmanın keçiriləcəyi stadion mütləq Aşuranı əks etdirməlidir".
 
Tehranın imam cüməsi bu məsələdə məsul olanlara deyib ki, İran-Cənubi Koreya futbol oyununda stadion qaraya bürünməli və "Ya Hüseyn (ə)" şüarları səsləndirilməlidir".
 
Qeyd edək ki, bir müddət öncə İranın qeyri-hökumət təşkilatları hərəkətə keçərək, dünyanın ən böyük stadionlarından olan 100 min tamaşaçı tutumuna malik Azadi stadionunu möhtəşəm bir hüseyniyyəyə çevirməyi qərara alıblar. Qarşılaşmanın keçirildiyi stadiona matəmi simvolizə edən qara paltarlarla gəlməyi planlaşdıran tamaşaçılar, oyun ərzində "Ya Hüseyn (ə)!" şüarları ilə bütün dünyaya İmam Hüseyn (ə) eşqini göstərəcəklərini bəyan etmişdilər.  
 
Xatırladaq ki, İranın Gənclər və İdman Nazirliyi 56 regional nümayəndəsi FİFA-ya birgə məktub yazaraq, İranla Cənubi Koreya milli komandalarının oktyabrın 11-də, Tasua gecəsindəki oyunun vaxtının dəyişdirilməsini istəmişdi.
 
 

Google+ WhatsApp ok.ru