İran-Pakistan dostluğunu istəməyən düşmənlər var- Ayətullah Xamenei (FOTO)

İran-Pakistan dostluğunu istəməyən düşmənlər var- Ayətullah Xamenei (FOTO)

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün  Pakistanın Baş naziri İmran Xanın başçılıq etdiyi nümayəndə heyətini  qəbul edib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki,  görüşdə Ayətullah Xamenei  İran və Pakistan xalqları arasında  dərin və səmimi  münasibətlərinin olduğunu vurğulayıb. “Iki ölkənin əlaqələri bəzi kiçik nöqsanlara baxmayaraq  daha da möhkəmləndirilməli və gücləndirilməlidir”. 
 
Hindistan Yarımadasının izzət və əzəmətinin ən uca zirvəsinin müsəlmanların həmin yarımadaya hökmranlıq etdiyi dövrdən başladığını bildirən Ayətullah Xamenei  qeyd edib ki,  İngilis müstəmləkəçiləri  bu önəmli bölgədə islam sivilizasiyasına zərbə vurmaq, onu məhv etməyə çalışdılar. 
 
Ayətullah Xamenei  İqbal Lahuri və Məhəmməd Əli Cinah kimi Pakistanlı böyük şəxsiyyətlər haqqında da danışıb. Eyni zamanda İran və Pakistan arasında yaxşı əlaqələrin olmasının hər iki tərəfə xeyrini vurğulayan Ayətullah Xamenei bunun əleyhinə olan düşmənlərin varlığını da xatırladıb.   “Onlara  cavab olaraq  müxtəlif sahələrdə  əlaqələrimiz daha da gücləndirilməlidir.”
 
İki ölkənin sərhədlərində təhlükəsizlik məsələlərinə toxunan Ayətullah Xamenei  qeyd edib ki,  terror qruplaşmaları burada sabitliyi pozmağa cəhd edir. “Onlar düşmənlərin pulu və silahı ilə  qidalanırlar.  İran və Pakistan  sərhədlərində  sabitliyin pozulmasında əsas məqsədləri də  iki ölkə  münasibətlərini korlamaqdır.” 
 
Ayətullah Xamenei  son sel hadisəsində Pakistan dövlətinin  yardımlarına görə bu ölkənin baş nazirinə təşəkkür edib və bildirib ki,  onun  səfərini Məşhəd şəhərindən və İmam Rzanın (ə) hərəmindən başlaması çox yaxşı bir nişanədir.  “Ümid edirəm  o həzrətin  inayəti ilə bu səfər hər iki ölkə üçün  faydalı olacaq.”
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru