İran: `Səudiyyə rejiminin həcc ziyarətinə baxışı qeyri-məntiqi və siyasidir`

İranın Həcc və Ziyarət idarəsinin rəhbəri Səid Ohadi bəyan edib ki, Səudiyyə rejiminin həcc ziyarətinə baxışı tamamilə qeyri-məntiqi və siyasidir.

 

Deyerler.Org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, İran və Səudiyyə arasında həcc ilə bağlı keçirilən danışıqlarda rəsmi Ər-Riyad ötən illərə nisbətdə sazişdə 11 məhdudiyyətə işarə edib.

 

"Ötən illərdə Səudiyyə bu cür məhdudiyyətlər irəli sürməmişdi. Keçən il Səudiyyə Bəqi məzarlığında 40 iranlı zəvvarı izah olunmayan bəhanələr altında həbs etdi. 2-3 gün sonra Səudiyyə heç bir üzrxahlıq etmədən anlaşılmazlığın baş verdiyini bildirdi. Onlar həmçinin hava limanında iranlı zəvvarlara qarşı pis davrandılar. Onların atdığı addımlar İslam təlimləri və əxlaqından uzaq idi. Bununla yanaşı, Səudiyyə İran ruhanilərini təhqir ediblər və hətta zəvvarların Quran kitablarını alaraq onlara qarşı həqarət ediblər. İran, zəvvarların təhlükəsizliyinə zəmanət verməyən sazişi imzalamır", - deyə o bildirib. /

Google+ WhatsApp ok.ru