İran 2 min kilometri vura bilən balistik raketi sınaqdan keçirib

İran Silahlı Qüvvələrinin  Qərargah rəisinin müavini General Əli Abdullahi İranın 2 min kilometri vura bilən balistik raketi uğurla sınaqdan keçirdiyini açıqlayıb.
 
Maide.Az tasnimnews xəbər saytına istinadən xəbər verir ki,  Ə.Abdullahi deyib ki, iki həftə öncə  2 min kilometri vura bilən balistik raketi sınaqdan keçirdik. “Raketin hədəfi səhv etmə imkanı 8 metr idi. Bu yəni raket hədəfi heç bir səhv olmadan məhv edə bildi”. 
 
O deyib ki, balistik raketi nəzarətdə saxladıq, raket atmosferdın çıxdı və yenidən atmosferə qayıtdı və heç bir səhv olmadan hədəfi  məhv etdi. 
 
General Ə.Abdullahi sınaq olunan raketin adını açıqlamayıb. 
 
Qeyd edəkki, İranda “Siccil 1 və 2” və “Ghadr-110” tipli balistik raketləri mövcuddur. Sınaq olunan raketin bu növ raketlər olduğu və ya yeni raket olduğu bilinmir. 
İran Mart ayında Qadir - 110 tipli  balistik raketini sınaqdan keçirmişdi. 

Google+ WhatsApp ok.ru