İran Ərak nüvə reaktorunun oxşarını tikməyi planlaşdırır 11 Yanvar 2021 10:40 Dünya Nüvə sazişinə əsasən fəaliyyəti müvəqqəti dayandırılan Ərak nüvə reaktorunun oxşarı tikilir. Bu barədə İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Əbulfəzl Əmuyi açıqlama verib. O bildirib ki, Parlamentin sözügedən komissiyasının son iclasında ölkənin Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndinin yeni açıqlamlarına əsasən Ərak nüvə reaktorunun oxşarının inşası planlaşdırılır. Əlavə edilib ki, bu addım, “sanksiyaların zərərsizləşdirilməsi” qanunun icrası və ölkənin nüvə hüquqlarının təmin edilməsi istiqamətində atılır. Qeyd edək ki, Ərak nüvə reaktoru İranın nüvə proqramında xüsusi önəm kəsb edir. Bu nüvə reaktorunda “ağır su” və “plitonium” istehsal edilə bilər. / SalamNews/ Teqlər : #İran,#Ərak,#nüvə,#reaktorunun,#oxşarını,#tikməyi,#planlaşdırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sadır Japarov Qırğızıstanın prezidenti seçilib Səudiyyə rejimi Qətib bölgəsində daha 4 fəalı həbs edib
İran COVID-19 infeksiyasına qarşı özünün ilk vaksininin nümunəsinin insan üzərində sınağını edib - FOTO