İran  ABŞ-ın Suriyada hərbi bazaya hücumunu kəskin pisləyib

İran ABŞ-ın Suriyada hərbi bazaya hücumunu kəskin pisləyib

İran  ABŞ-ın Suriyada "Əş-Şəyrat" aerodromuna hücumunu kəskin şəkildə pisləyib. 
 
Maide.Az presstv-ə istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi cümə günü ABŞ-ın Suriyada aerodroma hücumuna münasibət bildirib. “İran İslam Respublikası kimyəvi silahların ən böyük qurbanı olaraq  kimyəvi silahlardan istifadəni (kimin istifadə etdiyini və kimin qurban olmasını nəzərə almadan) pisləyir. Eyni zamanda bu bəhanə ilə tək tərəfli olaraq hər hansı bir addımın atılmasını təhlükəli, dağıdıcı və beynəlxalq hüquqlara zidd hesab edir”.
 
B. Qasimi əlavə edib: “Biz Amerika hərbi gəmilərindən Suriyada "Əş-Şəyrat" aerodromuna edilən raket hücumunu və hər hansı digər tək tərəfli hərbi addımı pisləyirik. Düşünürük Xan Şixunda şübhəli kimyəvi hücum bəhanəsi ilə atılan bu kimi addımlar məhv olmaqda olan terrorçuların güclənməsinə, Suriyada  və bölgədə vəziyyətin daha da gərginləşdirəcək”. 
Suriya da ABŞ-ın bu ölkənin hərbi bazasına hücumunu təcavüzkar addım adlandırıb və bu hərəkəti pisləyib. 
 
Türkiyə və İsrail rejimi isə ABŞ-ın Suriyaya hücumunu dəstəkləyib.  
 
ABŞ hərbi qüvvələri cümə günü səhər Suriyanın qərbində Homs şəhərinin yaxınlığında yerləşən "Əş-Şəyrat" aerodromuna ən az  60 “Tomaqavk” tipli raketlə hücum edib. 
 
ABŞ prezidenti Donald Tramp Suriya hərbi aerodroma zərbə vurmaq bardə əmr verdiyini cümə axşamı bildirib. "Mən bu gün Suriyada kimyəvi hücum edilən aerodroma hərbi zərbə endirilməsi barədə əmr verdim", - Tramp, xüsusi müraciətində qeyd edib.
 
ABŞ prezidenti iddia edib ki, Amerikanın Suriyaya hücumu bu ölkəni təhlükəsizliyinin təmininin xeyrinədir.  
 
CNN həmçinin elan edib ki, Amerikanın hücumu zamanı "Əş-Şəyrat" aerodromunda Rusiya hərbiçiləri də olub və hücumdan öncə Rusiya hücumla bağlı məlumatlı olub. 
 
Homs vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələrinin nəticəsində çox sayda həlak olan və yaralılar var, aviabaza tam dağıdılıb.
 
 

Google+ WhatsApp ok.ru