İran ABŞ-ı şoudan imtina etməyə və ‘Boeing’ qəzasının araşdırılmasında iştiraka dəvət edib

İran ABŞ-ı şoudan imtina etməyə və ‘Boeing’ qəzasının araşdırılmasında iştiraka dəvət edib

İran vətəndaşları “Boeing” qəzasında həlak olmuş ölkələrin nümayəndələrinin qəzanın araşdırılmasında iştiraka dəvət edib.
 
Maide.Az xəbər verir ki,  bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Əli Rabiinin bəyanatında deyilir.
 
"Biz faciəli hadisənin gedişatında vətəndaşları həlak olan başqa ölkələrin araşdırmada iştirak etməyə dəvət edirik”
 
Rabii həmçinin ABŞ-a faciə haqqında yanlış informasiya ilə şou və təbliğat aparmaqdan imtina etməyi məsləhət görüb. 
 
Qeyd edək ki, ABŞ-ın Nəqliyyatında Təhlükəsizlik üzrə Milli Şurası Ukrayna təyyarəsinin qəzaya uğraması səbəblərinin araşdırılmasında iştirak üçün İrandan bildiriş alıb və nümayəndə ayırıb və ABŞ araşdırmanın aparılması üçün öz nümayəndəsini göndərəcək. 
 

Google+ WhatsApp ok.ru