İran ABŞ casusu Nezar Zakanı azad etdi

İran ABŞ casusu Nezar Zakanı azad etdi

İran ABŞ casusu Nezar Zakanı sərbəst buraxıb.
 
Maide.Az "İribnews"a istinadla xəbər verir ki, Livanda çalışan informasiya texnologiyaları mütəxəssisi və ABŞ-a casusluqda ittiham olunaraq İranda həbs olunan  Nezar Zaka bu gün sərbəst buraxılıb və təyyarə ilə Livana göndərilib. 
 
Qeyd edək ki,  N.Zakanın sərbəst buraxılması Livan Hizbullah təşkilatının rəhbəri Seyid Həsən Nəsrullahın vasitəçiliyi ilə sərbəst buraxılıb. 
 
Xatırladaq ki,  Nezar Zaka 2015-ci ildə Tehranda bir konfransa qatıldığı zaman yoxa çıxmış və daha sonra onun casusluq ittihamı ilə həbs olunduğu bildirilmişdi.

Google+ WhatsApp ok.ru