İran ABŞ gəmisini və ekipajını ələ keçirdi?-YENİLƏNİB-FOTO

İran rəsmisi: Gəmi borcu olduğu üçün saxlanılıb

Əl-Ərəbiyyə televiziyası özünün Twitter səhifəsində iddia edib ki, İran Amerikanın yük daşıyan gəmisini 34 nəfər ekipajı  ilə birlikdə həbs edib. Səudiyyə Ərəbistanının bu telekanalı iddiasının davamında həmin Amerika gəmisinin İran tərəfindən Bəndər-Abbas limanına aparıldığını bildirilib. 
Maide.az xəbər verir ki,  Amerika rəsmisi isə bu məlumatları təkzib edib.
 Amerika ordusunun dəniz qoşunlarının rəsmisi NBC-yə verdiyi müsahibədə İranın bir Amerika gəmisini tutması xəbərini təkzib edib və xəbərin yalan olduğunu bildirib.
 
***
İranın “Tasnim” informasiya agentliyi  ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motivin olmadığını qeyd edir.   
 
Gəminin sahibi olan şirkət onun göyərtəsində ABŞ vətəndaşlarının olmadığını bildirib. Məlumata görə, gəmi komandasına Şərqi Avropa və Asiya nümayəndələri daxildir.
 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, İranın gəmiçilik və limanlar təşkilatının sədr müavini Hadi Həqşünas gəminin borcu olduğuna görə saxlanıldığını bildirib. "Gəmi Marşal adalarına məxsusdur,  borcu olduğu üçün, məhkəmə onun həbsi ilə bağlı qərar verib. Gəmi saxlanılb, sahibinə məlumat verilib və hazırda Bəhünər limanına aparılıb"
 
 
Qeyd edək ki, Marşal adaları Sakit okeanda yerləşən müstəqil dövlətdir, 1986-cı ildən  ABŞ ilə assosiasiya statusuna malikdir. Marşal adaları suverenliyini qorumaqla təhlükəsizlik və müdafiə sahələri daxil olmaqla bir sıra mühüm hüquqlarını ABŞ-a verib. /
 
 
 
 

 

Google+ WhatsApp ok.ru