İran ABŞ Konqresinin qərarı ilə bağlı BMT-nin baş katibinə etiraz məktubu ünvanlayıb

İran ABŞ Konqresinin qərarı ilə bağlı BMT-nin baş katibinə etiraz məktubu ünvanlayıb

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi və səfiri Qulaməli Xoşrunun BMT-nin baş katibi Ban Ki Muna etiraz məktubu ünvanlayıb. 
 
Maide.Az xəbər verir ki, məktubda bildirilir: “İran İslam Respublikası hökuməti ABŞ Konqresinin son qərarını və İrana qarşı sanksiyaların müddətinin 2016-cı ilin sonuna kimi uzadılmasını ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərinə zidd hesab edir. Buna görə də, bu ölkə belə bir addımın mənfi və xoşagəlməz nəticələrinə görə məsuliyyət daşıyır. 
 
Nüvə anlaşmasına əsasən ABŞ anlaşma tərəflərindən biri olaraq sanksiyaların müddətinin uzadılması və ya yeni sanksiyaların tətbiq edilməsi kimi hərəkətlərdən çəkinmək barədə üzərinə öhdəlik götürüb.”
 
Bu məktubda BMT-nin baş katibindən istənilir ki, nüvə anlaşmasının bütün tərəfləri xüsusi ilə də Amerikadan öz öhdəliklərinə sadiq qalmalarını tələb etsin. 
Həmçinin, ondan istənilir ki, ABŞ-ın bu son  hərəkəti və nüvə anlaşması qarşısındakı digər pozucu hərəkətlərinə Təhlükəsizlik Şurasına təqdim edəcəyi növbəti hesabatında yer ayırsın. (irib)
 

Google+ WhatsApp ok.ru