İran ABŞ ordusunu terrorçu təşkilat kimi tanıdı

İran ABŞ ordusunu terrorçu təşkilat kimi tanıdı

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ Silahlı Qüvvələrini özünün terrorçu təşkilatlar siyahısına daxil edib.  
 
Maide.Az xəbər verir ki,  İran Milli Təhlükəsizlik Şurası  bəyanat yayaraq elan edib ki,  Birləşmiş Ştatlar rejimi "terrorizmi dəstəklıyən dövlət"  və "ABŞ -ın Mərkəzi Komandanlığı" və  ona bağlı bütün qüvvələr "terror qruplaşması" bilirik.
 
Qeyd edək ki, bundan əvvəl ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salmaq barədə məktubu Prezident Həsən Ruhaniyə göndərmişdi. 
 
 Bundan bir qədər əvvəl isə ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) xarici terrorçu təşkilat qismində tanıdıqlarını açıqlamışdı.  

Google+ WhatsApp ok.ru