İran ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırır

İran ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırır

“İran ABŞ vətəndaşlarına vizaların verilməsi prosesini dayandıracaq”.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif  fransalı həmkarı Jan-Mark Eyro ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
 
Bununla belə, İran XİN rəhbəri istisnaların olacağını da bildirib: “Əgər istisnalar olsa, onlar XİN tərəfindən araşdırılacaq və müvafiq qərarlar qəbul  ediləcək”.
 
Tehranın müvafiq qərarı ABŞ prezidenti Donald Trampın imzaladığı fərmana cavab kimi dəyərləndirilir. Həmin fərmana əsasən, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ABŞ-a girişi 90 gün müddətinə dayandırılıb.
 
İran Donald Trampın fərmanına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandıracaq. /
 
 

 

Google+ WhatsApp ok.ru