İşğalçı İsrail polisi etiraz edən fələstinlilərə hücum edib; azı 75 fələstinli xəsarət alıb - FOTO

İşğalçı İsrail polisi etiraz edən fələstinlilərə hücum edib; azı 75 fələstinli xəsarət alıb - FOTO

İordan çayının qərb sahilində ötən gün cümə namazından sonra qanunsuz yəhudi yaşayış məntəqələrinin salınmasına etiraz əlaməti olaraq fələstinlilər etiraz aksiyası keçirib. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Fələstinin Nablus əyalətindəki Beyta və Beyt-Dəcan yaşayış məntəqələri ərazisində keçirilən etiraz aksiyasına işğalç rejim qüvvələri  hücum edib. 
 
Məlumata görə,  işğalçı rejim qüvvələri  etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, odlu silah və  rezin gülllərdən istifadə edib. 
 
Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, aksiya ən az 75 fələstinli yaralanıb. 
 
Bildirilir ki, 15 nəfər rezin güllələrin istifadəsi nəticəsində, daha 10 nəfər isə odlu silahdan istifadə nəticəsində yaralanıb, 46 nəfər gözyaşardıcı qazdan xəsarət alıb, daha 4 nəfər də yanıq xəsarətləri alıb.
 
Məlumatda həmçinin qeyd olunur ki, işğalçı İsrail rejim təhlükəsizlik qüvvələri jurnalistlər və Fələstin Qızıl Aypara Cəmiyyətinin həkim qruplarının işinə də müdaxilə edib və onlara rezin güllələr atıb, nəticədə bir neçə həkim və jurnalist yaralanıb. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru