İran antibiotik istehsalında yeni texonoligiya əldə edib

İranlı mütəxəssislər dünyada antibiotik istehsalı sahəsində əlverişli imkan və göstəriciyə malik ən yeni texnologiyanı əldə ediblər.
Maide.az IRNA-ya istinadən məlumat verir ki, yeni texnologiyanın əldə olunması İrandan  beş milyon dollar valyutanın çıxmasının qarşısını alacaq.
İranın Sosial Təminat Təşkilatının tabeliyində olan Antibiotik istehsalı Şirkəti ölkə xaricindən texniki bilik və təchizat satın almadan dünyada Betalaktam və Sefalospurin antibiotiklərinin istehsalı üçün ən yeni texnologiya sayılan strateji Amoksisillin məhsulunun anzimatik sənaye istehsalına başlayıb.
Məlumata görə, yeni texnologiyanı əldə etməklə  təmiz, qarışıqlığa malik olmayan və həlledicilərin qalmadığı antibiotikləri  İran  dərman bazarına çıxarmaq mümkin olacaq. /

 

Google+ WhatsApp ok.ru