İran Atom Enerji Təşkilatının  sözçüsü: Əgər sanksiyalar ləğv olunmazsa...

İran Atom Enerji Təşkilatının sözçüsü: Əgər sanksiyalar ləğv olunmazsa...

"Əgər sanksiyalar ləğv olunmazsa müəyyən olunmuş vaxtda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvəsizləşdirmə (NPT) konvensiyasının "Əlavə olunmuş protokol"unun könüllü icrası dayandırılacaq." 
 
Maide.Az "tasnimnews"a istinadla xəbər verir ki, bunu İran Atom Enerji Təşkilatının  sözçüsü Behruz Kəmalvəndi deyib. 
 
"Əlavə olunmuş protokol"unun könüllü icrasını dayandırılmasının BAEA-nın  müfəttişlərinin ölkədən çıxarılması anlamında olmadığını deyən B.Kəmalvəndi bildirib ki, bu addım parlamentin  uranı 20 faiz zəngiləşdirilməsi və Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliklərin ləğvinə dair  layihəsinin tələbinə uyğun olaraq aparılır. 
 
Onun sözlərinə görə, İran Atom Enerji təşkilatı  öhdəliklərin ləğvinə dair  layihəni tam icra edir və bununla bağlı BAEA-ə də məlumat verib. Bundan başqa artıq  İR2M sentrifuqaların quraşdırılmasına da başlanılıb. 
 

Google+ WhatsApp ok.ru