İran Azərbaycan XİN-nə etiraz NOTA-sı təqdim edəcək

 "Təəssüflər olsun ki, bəzi ünsürlər İranı ittiham etməklə ümumi rəyi çaşdırmaq və diqqəti Azərbaycan Respublikası ərazisindən Gürcüstana narkotik maddələrin tranzit edənlərdən yayındırmaq niyyətindədirlər. İran İslam Respublikası narkotik qaçaqmalçılığı ilə mübarizədə ən bacarıqlı ölkələrdən biridir."
 
Maide.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi deyib.
 
O bildirib ki, ölkəmiz dəfələrlə narkotik maddələrin Avropa ölkələrinə daşınmasının qarşısını almış və bu yolda çoxlu şəhidlər verib.
 
"İran bir-neçə dəfə narkotik maddələrin qaçaqmalçılığına qarşı birgə mübarizə aparmaq üçün Azərbaycana müraciət edib, lakin hələ də heç bir cavab almayıb. Narkotik maddələrin ticarətinin Əfqanıstandan digər ölkələrə yayılmasının əsas amili Qərb ölkələrinin Əfqanıstandakı səhlənkarlığıdır."
 
Onun sözlərinə görə, deputat Zahid Oruc bu məsələdə İranı ittiham etdiyinə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə etiraz NOTA-sı təqdim ediləcək.
 
Xatırladaq ki, Milli Məclisin üzvü Zahid Oruc “Yeni Musavat” qəzetinə verdiyi müsahibəsində Azərbaycan ərazisindən Gürcüstana keçən narkotik maddələrin tranzitində İran qurumlarını ittiham edib.

 

Google+ WhatsApp ok.ru