İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır - Nazir

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır - Nazir

 İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
 
R.Ərdəkanianın sözlərinə görə, bu istiqamətdə çoxlu sayda İran şirkəti əməkdaşlıq etməyə hazırdır.
 
Ərdəkanian əlavə edib ki, iki ölkə arasında su və elektrik sahələrində müxtəlif əməkdaşlıqlar vardır: “Azərbaycan və İran dünyada sərhəd çaylarının birgə istismarında uzun keçmişə sahib ölkələrdəndir. Xudafərin və Qız Qalası su hidroqovşaqlarının istismarı haqda müzakirələr aparılır”.
 
İranlı nazir bildirib ki, bundan əlavə, iki ölkə arasında enerji mübadiləsinin müddətinin uzadılması haqda danışıqlar aparılıb.
 
Ərdəkanian deyib ki, qərara alınıb ki, Azərbaycan vasitəsi ilə İranın elektriki Rusiyanın elektriki ilə sinxron olunsun. Bu istiqamətdə üç ölkə birlikdə işləyəcək.
 

Google+ WhatsApp ok.ru