'Taliban' Kabildə komendant saatı tətbiq edib

'Taliban' Kabildə komendant saatı tətbiq edib

"Taliban" hərəkatı Əfqanıstanın paytaxtı Kabildə komendant saatı tətbiq edib.

 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.
 
Məlumata əsasən, saat 21:00-dan sonra sakinlərə küçəyə çıxmağa icazə verilmir. Sakinlər yalnız istisna hallarda evdən çıxa bilərlər.
 
Bildirilir ki, komendant saatının tətbiq edilməsi barədə şəhərin bütün məscidlərində elan verilib.
 

Google+ WhatsApp ok.ru