İran Bəhreyn rejiminə `Ağıllı ol!` dedi

İran Bəhreyn rejiminə `Ağıllı ol!` dedi

İranın Xarici İşlər Nazirliyi Bəhreyndə İranla əlaqəsi olan bir terror təşkilatının zərərsizləşdirilməsi ilə bağlı səsləndirilən iddiaları təkzib edərək, Manama rəhbərliyinə ağılla davranmağı tövsiyə edib.
 
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Bəhreyndə İranla əlaqəsi olan bir terror təşkilatının zərərsizləşdirilməsinin yalan və əsassız bir iddia olduğunu vurğulayıb.
 
"Bəhreyn rejimi bu cür ittihamları irəli sürməkdənsə, din alimlərinin həbs olunmasına son qoymalıdır və ölkə daxilində tətbiq etdiyi təzyiq siyasətini dayandırmalıdır. Həmçinin Bəhreyn xalqının söz azadlığını təmin edərək, vətəndaşların təbii hüquqlarına da hörmət etməlidir", - deyə sözçü bildirib.
 
Bəhram Qasımi Ali Xəlifə hökumətindən yaxşı qonşuluq münasibətlərinə riayət edərək, daima ortaya atdığı həqiqətdən uzaq və əsassız ittihamlardan əl çəkib, məntiq çərçivəsində, ağıllı davranmağı tövsiyə edib. (deyerler) /

Google+ WhatsApp ok.ru