İran barədə ABŞ saxta sənədi necə hazırlayıb

"Saxta böhran" kitabının müəllifi Qaret Porter MAQATE-nin İranın nüvə proqramı ilə əlaqədar başladığı araşdırmalar barədə danışıb. O, bunun tamamilə yalnış olduğunu və proqramın sülhməramlı olmasını deyib.

Maide.az-ın məlumatına görə, Amerika mətbuatı yazır ki, Porter MAQATE-ni İranın nüvə stansiyalarında araşdırmalara başlamağa İsrail və ABŞ-ın məcbur etdiyini açıqlayıb. O, qeyd edib ki, İran proqram barədə MAQATE-ni məlumatlandırmadığı üçün belə bir araşdırmalar aparılır: "Nəticədə isə İran hədəfə alındı. Nüvə stansiyalarında araşdırmaların başlanması haqda imzalanmış saxta sənəd 2008-ci ildə üzə çıxarılıb və ifşa olunub. Tərəflər İranın nüvə stansiyalarını hansı məqsədlər üçün istifadə etməsi barədə məlumatlı deyildilər. Bu barədə heç dəqiq mənbələr də yox idi. Sadəcə ortada şübhələr vardı. 2008-ci ildə ABŞ Atom Agentliyi İranın nüvə proqramı barədə həqiqəti əks etdirməyən saxta hesabat hazırladı. Bu hadisə rəsmi Tehranın narazılığına səbəb oldu".

Google+ WhatsApp ok.ru