İran Böhrana Nəzarət Qərargahının yaradılmasında Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir

İran Böhrana Nəzarət Qərargahının yaradılmasında Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir

İran İslam Respublikası hökuməti Tehranda Böhrana Nəzarət Qərargahının yaradılmasında Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir. 
 
Bunu İran daxili işlər nazirinin müavini və Böhranları (fövqəladə hallar) İdarəetmə Təşkilatının sədri İsmail Nəccar deyib. O qeyd edib ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və onun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində modern texnologiyalardan istifadə olunur.  
 
İ. Nəccar hazırda ildə bir dəfə Xəzəryanı ölkələrin dənizdə yardım və xilasetmə təlimlərinin keçirildiyini xatırladaraq gələn il bu təlimlərin Bakıda təşkil olunacağını söyləyib. O, Azərbaycanın çox yaxşı yanğınsöndürmə imkanlarına malik olduğuna diqqət çəkib: “Misal kimi yanğınsöndürən təyyarəni göstərmək olar ki, dəniz səthindən su götürüb, yanğını söndürmək imkanına malikdir. İran və Azərbaycan razılaşıb ki, lazım olarsa, Azərbaycan İranın bu təyyarələrdən istifadəsinə icazə verəcək. Düşünürəm ki, böhranın idarəedilməsi məsələsi humanitar bir məsələ olduğu üçün iki ölkə bu sahədə əməkdaşlığını daha da yaxınlaşdırmalıdır. Azərbaycanın fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərovun İrana münasibəti yaxşıdır. Böhranın idarəedilməsi və fövqəladə hallar məsələləri sahəsindəki əməkdaşlıq iki ölkənin yaxınlaşması üçün daha bir körpü ola bilər”. (apa) /

Google+ WhatsApp ok.ru