İran bu həftə kosmosa peyk göndərəcək

İran bu həftə kosmosa peyk göndərəcək

İran bu həftənin sonuna kimi “Zəfər” peykini kosmosa göndərəcək.

 
Maide.Az xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi özünün “Twitter” səhifəsində yazıb.
 
Onun sözlərinə görə, “Zəfər” peyki “Simurq” raketi ilə göndəriləcək və Yerin 530 kilometrliyində yerləşəcək.
 
İranın "Zəfər" peykinin çəkisi 113 kiloqramdır. Peykin orbitə göndərilməsində məqsəd İranın neft ehtiyatları, kənd təsərrüfatı, meşəlik və göllərdə baş verən dəyişikliklər üzrə xəritələri yeniləməkdir.

Google+ WhatsApp ok.ru