İran bu il həcc ziyarətinə zəvvarlar göndərməyəcək

 
İranın  Həcc və Ziyarət Təşkilatı bəyanat yayaraq bildirib ki,  bu il Məkkəyə həcc ziyarətinə zəvvarlar göndərilməyəcəyini və həcc ziyarətininləğv olunduğunu bildirib.  
 
Maide.Az  xəbər verir ki, bəyanatda bildirilir ki, Ali Rəhbərin  ofisi və Həcc və Ziyarət TƏşkilatının səylərinə baxmayaraq Səudiyyə Ərəbistanın  yaratdığı maneələr nəticəsində  İslam Respublikasından zəvvarların  Həcc ziyarətinə getməsi ləğv olunur və bunun məsuliyyəti Səudiyyə Ərəbistanın üzərinədir. 
 
Qeyd edək ki, bundan öncə İranın mədəniyyət naziri Əli Cənnəti bildirib ki, Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən danışıqların iki raundu uğurla nəticələnməyib: "Bu günə qədər Ərəbistan rəsmiləri İranın tələblərinə cavab verməli idilər. Lakin İran heyəti ilə ötən iki tur müzakirələrdə Ərəbistan rəsmilərinin danışıq tərzi və rəftarı və onların maneələr yaratmasını nəzərə alaraq, vacib həccin baş tutması praktiki olaraq mümkün deyil."
 
O deyib ki, Ərəbistan rəsmiləri İran rəsmiləri ilə danışıqlarda iranlı hacılar üçün izzətli və təhlükəsiz həccin təşkil olunması üzrə öhdəlik götürməyib və iranlı zəvvarların həcc mərasimində iştirakı üçün maneələr yaratmağa çalışıblar.
 
Bundan əvvəl rəsmi Ər-Riyadın iranlı zəvvarlarla bağlı xüsusi olaraq təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar rəsmi Tehranın təklifini qəbul etmədiyi açıqlanıb. Ötən il Həcc mərasimində minlərlə zəvvar, o cümlədən 464 iranlı zəvvar Minada Ali-Səud rəsmilərinin səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru