İranda 2017-ci ildə terror aktının təşkilində iştirak edən İŞİD-in 8 üzvü edam olunub 07 İyul 2018 01:00 Dünya -- Cinayətdə iştirakı olan digər şəxslər barəsində iş davam etdirilir İran parlamentinə və eyni zamanda 2017-ci ilin iyun ayında İslam İnqilabının rəhəri Ruhullah Xomeyninin məqbərəsinə hücumda təqsirli bilinən və ötən ay hökm oxunan 8 İŞİD terrorçusu Tehranda edam edilib. Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, edam olunmuş şəxslər ötən ilin yayında Tehranda törətdikləri terror hücumu ilə yanaşı, silah qaçaqmalçıığı, ölkəyə qanunsuz girməkdə ittiham olunublar. Edam olunanlarla bağlı yayımlanan məlumatda bildirilir: Cinayətdə iştirakı olan digər şəxslər barəsində iş davam etdirilir. Xatırladaq ki, qadın geyimində 4 nəfərdən ibarət qrup 2017-ci il iyunun 7-də İran parlamentinin binasında atəş açıb, sonra hücum edənlərdən biri özünü partladıb. Terror aktları nəticəsində 20-ə yaxın adam həyatını itirib, onlarla insan yaralanıb. İran İnqilab Məhkəməsi bu il mayın 13-də hücumlarla əlaqəli olan 8 İŞİD silahlısı barədə ölüm hökmü çıxarıb. İran Ali Məhkəməsi iyunun 11-də ölüm hökmünü təsdiqləyib. Teqlər : #İranda 2017ci ildə terror aktının təşkilində iştirak edən İŞİDin 8 üzvü edam olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyada leysan yağışları: 15 ölü, 50 itkin -VİDEO Türkiyədə qatar qəzasında həlak olanların sayı açıqlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO