İranda 26 ölkənin iştirakı ilə beynəlxalq İmam Səccad (ə) konqresi keçirilir

İranda 26 ölkənin iştirakı ilə beynəlxalq İmam Səccad (ə) konqresi keçirilir

İran İslam Respublikasında Həzrət İmam Səccadın  (ə) adına beynəlxalq konqres öz işinə başlayıb.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, konqresdə İran İslam Respublikası və dünyanın 26 ölkəsindən 100-dən çox tanınmış dini, siyasi, ictimai və mədəni şəxsiyyət, elm adamları və mütəfəkkirlər iştirak edir.
 
Sayca 10-cu olan bu konqres İslam Respublikasının Hormozgan əyalətinin Məscidlərin Mədəniyyət və İncəsənət idarələrinin koordinasiya mərkəzinin təşəbbüsü ilə keçirilir.
 
Sentyabr ayının 1-də, Hormozgan əyalətinin "Bəndər Abbas" şəhərində konqresin açılış mərasimi keçirilib.
 
Vebinar və seminar formatında keçiriləcək bu koqnresdə 100-dən çox alim və mütəfəkkir çıxış edəcək. Bu çıxışlar "cisadjad.ir" saytından onlayn yayımlanacaq.
 
Komitə sədri bildirib ki, təkcə İran İslam Respublikasının Hormozgan əyalətində 50 nəfərdən çox Səhifeyi-Səccadiyyə hafizi var.
 
Konqresin açılış mərasimində  Ayətullah Nuri Həmədaninin mərasim iştirakçılarına mesajı qiraət edilib.   
 
Qeyd edək ki, beynəlxalq İmam Səccad (ə) konqresi Məhərrəm ayın 25-dək davam edəcək.
 
Yekun mərasim Məhərrəm ayının 25-də Tehranda keçiriləcək.  
 

Google+ WhatsApp ok.ru