İranda 27 hərbçinin ölümünə səbəb olan terroru iki pakistan vətəndaşlı törədib

İranda 27 hərbçinin ölümünə səbəb olan terroru iki pakistan vətəndaşlı törədib

27 hərbçinin ölümünə səbəb olan Zahidan terrorunun həyata keçirəni Hafiz Məhəmməd-Əli adlı Pakistan vətəndaşıdır.”
 
Maide.Az "tasnimnews"-a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Korpusunun (Sepah) Quru Qoşunları Qüvvələrinin komandanı Məhəmməd Pakpur məlumat verib.
 
 O bildirib ki, onlar partlayışı təşkil edənlərdən daha ikisini tutublar ki, onlar Sistan-Bəluçistan əyalətindəndirlər. Partlayışda əli olan daha bir Pakistan vətəndaşı isə axtarışdadır.
 
Qeyd edək ki, Sepah ötən gün Zahidan terroru ilə bağlı Səravan bölgəsində əməliyyat keçirdiyini, 3 nəfəri və onların nəzarətində olan 150 kq partlayıcını ələ keçirdiyini bildirib.
 
Eyni zamanda Sepah mənbələri Pakistan tərəfinin də bir əməliyyata başladığını deyib.
 
Xatırladaq ki, ötən həftə Zahidan-Xaş yolunda törədilən qanlı terror aktını gizli sığınacaqları Pakistanda yerləşən "Ceyşul-Ədl" üzərinə götürüb.

Google+ WhatsApp ok.ru