İranda 30 milyon aztəminatlı ailəyə pulsuz elektrik enerjisi veriləcək

İranda 30 milyon aztəminatlı ailəyə pulsuz elektrik enerjisi veriləcək

Növbəti iki aydan eitbarən 30 milyon aztəminatlı iranlıya ölkədə pulsuz elektrik enerjisi veriləcək.
 
Maide.Az Iran KİV-lərinə istinadla xəbər verir ki,  bunu  İran Prezidenti Həsən Ruhani bu gün Şərqi Azərbaycan, Kirmanşah və Ərdəbil vilayətlərində keçirilən su və elektrik layihələrinin açılış mərasiminə videokonfransda çıxışında deyib. 
 
O ölkənin çox ağır sanksiyalarla qarşılaşdığını bildirib."Son iki il yarım ərzində xalqımız düşmənlərin konspirasiyalarının qarşısında dayandı. Şükürlər olsun, ABŞ məğlub oldu və İran xalqını diz çökdürmək planlarının hamısı uğursuzluqla nəticələndi"
 
Ağ Evin böyük bir strateji səhv etdiyini söyləyən H. Ruhani qeyd eidb ki, bu təzyiqlər olmadan xalqımızın həyatı daha asan olardı. Lakin düşmənlər bütün sanksiyalara baxmayaraq, ölkəmizi inkişaf etdirməkdə bizə mane ola bilmədi.

Google+ WhatsApp ok.ru