İranda 3 terror qruplaşması zərərsizləşdirilib

İranda 3 terror qruplaşması zərərsizləşdirilib

Terrorçular Ərbəin mərasimlərinə hücuma hazırlaşmış

Son günlər Xuzestan əyalətində 3 terror qruplaşmasının 15 üzvi həbs olunub. 
 
Maide.Az İran mətbuatına istinadla xəbər verir ki, bunu  İranın təhlükəsizlik naziri  Mahmud Ələvi  bu gün  Şələmçə sərhəd-keçid mətnəqəsinə baxış keçirərkən jurnalistlərə açıqlamasında deyib. 
 
Zəvvarların təhlükəsizliyinin təmini üçün bütün güc truktrularının  hazırlıq vəziyyətində çalışdığını deyən M.Ələvi bildirib ki, həbs olunmuş terror qruplaşma üzvləri  Ərbəin zəvvarlarına qarşı  terror hücumları təşkil etmək niyyətində olublar. 
 
 “ABŞ, sionistlər və Ali Səudun İrana qarşı təxtibatlar aparmaq üçün   bütün səylərə baxmayaraq  Allahın yardımı  ölkədə sabitliyi pozmaq üçün 100 terror hücumu cəhdindən 99 –nu  zərərsizləşdirə bilmişik və bu dünyada misilsiz bir addımdır. Fransa kimi ölkələrdə hər 10  terror hücumu cəhdindən  5 və ya 6-n zərərsizləşdirə bilirlər.”
 

Google+ WhatsApp ok.ru