İranda 85 min məhkum azadlığa buraxıldı

İranda 85 min məhkum azadlığa buraxıldı

İranda koronavirusun yayılması səbəbiylə siyasi məhbuslar da daxil olmaqla 85 minə yaxın məhkum müvəqqəti olaraq azadlığa buraxılıb.

 
Maide.Az xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli  bildirib.
 
Bütün əyalətlərdə məhbusların buraxıldığını deyən İsmaili bildirib ki, həmin şəxslərdən yarısı təhlükəsizliklə bağlı maddələrlə məhkum olunan şəxslərdir.
 
O bildirib ki, biz infeksiyaya qarşı həbs yerlərində ehtiyat tədbirləri görürük.
 
Q.İsmayıli həmin dustaqların nə vaxt geri qaytarılacağını dəqiqləşdirməyib.
 
Q.İsmaili yalan məlumatlar və şaiyələr yayan şəxslər haqqında cinayət işi açılacağını və onlar haqqında məhkəmə qərarı ilə həbs cəzası çıxarılacağını deyib.

 

Google+ WhatsApp ok.ru