İranda əl qumbarası partlayıb, 4 nəfər ölüb

İranda əl qumbarası partlayıb, 4 nəfər ölüb

İranda əl qumbarasının partlaması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə oktyabrın 31-i gecəsi Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin Nayqun kəndində, yaşayış evində baş verib. 
 
Hadisənin ailə başçısının evdə əl qumbarası ilə ehtiyatsız davranması üzündən baş verdiyi bildirilir. Partlayış nəticəsində ata, həyat yoldaşı və iki uşağı ölüb. Bir nəfər yaralanıb. /

Google+ WhatsApp ok.ru