İranda ABŞ-a casusluqda ittiham olunan şəxs barədə ölüm hökmü çıxarılıb

İranda ABŞ-a casusluqda ittiham olunan şəxs barədə ölüm hökmü çıxarılıb

İranda ABŞ-ın xeyrinə casusluqda ittiham olunan bir nəfər barəsində edam hökmü çıxarılıb.

Maide.Az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, adı açıqlanmayan müttəhim ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xeyrinə hərbi və mülki qurumlarda casusluq fəaliyyəti ilə məşğul olub.

Sözçü deyib ki, bundan əlavə ABŞ-a casusluq etməkdə təqsirli bilinən Əli Nefriyə və Məhəmməd Babpurla yanaşı, Britaniyaya casusluqda itiham olunan Əmir Neseb adlı İran vətəndaşlarının hər biri 10 il müddətinə azadlıqdan məhrum olunublar.

Google+ WhatsApp ok.ru