İranda baş verən zəlzələdə beş nəfər həlak olub -YENİLƏNİB

İranda baş verən zəlzələdə beş nəfər həlak olub -YENİLƏNİB

(ilk xəbər bu gün səhər saat  09:17-də dərc olmuşdur) 
 
İranın Fars əyalətinin  Xünc şəhərində baş vermiş zəlzələdə  beş nəfər həyatını itirib.
 
Maide.Az xəbər verir ki, bunu İranın Fars əyalitinin Fövqəladə Hallar Təşkilatının rəsmisi deyib. 
 
İranın Fars əyaləti üzrə Fövqəladə Hallar Qərargahı elan edib ki,  zəlzələ 4 kəndə ziyan dəyib. Hazırda zəlzələ baş vermiş bölgədə elektrik enerjisi kəsilib. 
 
Zəlzələ nəticəsində həyatını itirən şəxslərin hamısı Əfqanıstan vətəndaşıdır. Onlar dağıntılar altında qaldığı üçün həyatlarını itiriblər.
 
Qeyd edək ki, bu gün səhər Xünc şəhərində 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla bu gün səhər 06:03 radələrində baş verib. Zəlzələ əhali arasında təşvişə səbəb olub. 
 
 
 

Google+ WhatsApp ok.ru