İranda baş vermiş terror aktında ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB 2

İranda baş vermiş terror aktında ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB 2

Maide.Az xəbər verir ki, İranın JamejamDaily kanalının məlumatına görə,  baş vermiş terror aktında ölənlərin sayı 30 nəfərə çatıb. 
 
Məlumatda bildirilir ki, sərnişin avtobusunda olan sərhədçi Sepah qüvvələrinin sayı 40 nəfər olub. 
 
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Sistan və BƏluçistan əyalətində sərhədçilərə qarşı törədilmiş terror aktını pisləyib və  bildirbi ki, ölkənin təhlükəsiz və hərbiçi övladları bu terroru törədənlərdən intiqam alacaqlar. 
 
 
 
***
Sepah bəyanat yayaraq Sistan və BƏluçistan əyaltəində intiharçı hücumun baş  verdiyini təsdiqləyib. 
 
Maide.Az bildirir ki, Fars Agentliyinin məlumatına görə,  intiharçı  bomba dolu minik avtomobili ilə İran Sərhəd Qoşunlarında çalışan Sepah işçilərini daşıyan avtobusa hücum edib. 
 
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.  Hələlik rəsmi şəkildə say açıqlanmasa da İran saytların 20 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığını bildirir. 
 
Partlayışa görə məsuliyyəti "Ceyşül-ədl (zülm) " qruplaşması öz üzәrinә gptürüb
 
 
***
İranın Sistan və Bəluçistan əyalətində terrorçular tərəfindən yol qırağında quraşdırılmış bomba partlayıb,  sərnişin avtobusunda 20 nəfər həyatını itirib. 
 
Maide.Az İRNA-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 20 nəfər həyatını itirib, 20 nəfərdən çox insan yaralanıb. 
 
Məlumatda  avtobus sərnişinlərinin İslam İnqilabı Keşikçilər Korpusu (Sepah)   üzvləri olub. Onlar idarədən evə gedərkən Xaş – Zahidan yolunda  intiharçı hücumuna məruz qalıb. 
 
Allah rəhmət eləsin!
 
 
 

Google+ WhatsApp ok.ru