İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 646 nəfərə çatıb -YENİLƏNİB

İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 646 nəfərə çatıb -YENİLƏNİB

 
11:42
 
İranın Kirmanşah əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 646 nəfərə çatıb.
 
Maide.Az  "Tasnimnews"a istinadən xəbər verir ki, bu barədə Kermanşah vilayətinin Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Reza Moradi bildirib.
 
Onun sözlərinə görə, məhz bu sayda insan tibb mərkəzlərinə çatdırılıb.
 
Rektor qeyd edib ki, yaralıların əksəriyyəti vilayətdəki 7 şəhərin xəstəxanalarına qəbul edilib. Onların əksəriyyəti ambulator müayinədən sonra  evə buraxılıb. 
 
 
***
 
İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.
 
Maide.Az xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
 
Ölkənin Kermanşah vilayətində 20-dən artıq təkrar təkan qeydə alınıb. Bu gün vilayətdə məktəb və universitetlər fəaliyyət göstərməyəcək.
 
Axtarış və xilasetmə işləri bu gün da davam etdiriləcək. Hələləlik zəlzələnin vurduğu ziyan bildirilməyib. 
 
Qeyd edək ki, İranın İraqla sərhəddə yerləşən Kermanşah əyalətinin Sərpol Zəhab bölgəsində 6,4 bal gücündə baş verən zəlzələ qonşu ölkədə də böyük həyəcana səbəb olub.
 
Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb, daha 45 nəfərin yaralandığı bildirilir.
 

Google+ WhatsApp ok.ru