İranda beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir

İranda beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir

Bu gün İranın bütün şəhərlərində beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir.
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki,  mitinq paytxat Tehranda ABŞ-ın keçmiş səfirliyinin binası qarşısından başlayıb.  
 
“İmperializmə qarşı mübarizə və İslami müqavimət, ABŞ-ın tənəzzülə uğramasının başlanğıcı” şüarı ilə keçirilən  mitinq paytaxt Tehranla yanaşı ölkənin 1000-dən çox şəhər və qəsəbəsində  keçirilir.   Mitinqlərdə minlərlə tələbə, şagird və əhali qatılıb.  
 
Yerli vaxtla saat  9.30-da başlayan mitinqlər  saat 11:30-də kdavam edəcək. 
 
Mitinqləri İran və digər ölkələrdən bu ölkəyə səfər etmiş 2500-dən çox  jurnalist, fotoqraf və  operator  işıqlandıracaq. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru