İranda daşqında ölənlərin sayı artır - 17 nəfər - YENİLƏNİB

İranda daşqında ölənlərin sayı artır - 17 nəfər - YENİLƏNİB

İlk xəbər 09:24-də yayımlanıb
 
İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.
 
Təbiət hadisəsindən ən çox zərər çəkmiş Əcəbşir şəhərində 14 nəfərin meyiti tapılıb. Daha 3 nəfər Azərşəhr ətrafında həlak olub.
 
Ümumilikdə, 37 nəfərin xəsarət aldığı barədə məlumat verilib.
 
Qeyd edək ki, İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib.
 
Bundan başqa daşqınlar Təbriz, Bünab, Azərşəhr, Marağa və Əhərdə qeydə alınıb. (trend) /
 
 

Google+ WhatsApp ok.ru