İranda `Fransa dünya müsəlmanlarından üzr istəsin` aksiyası

Yanvarın 20-də Fransanın Tehrandakı səfirliyi qarşısında kütləvi aksiya keçirilib.
 
Aksiya iştirakçıları Fransada nəşr olunan “Charli Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının dərc edilməsinə etirazlarını bildiriblər. Onlar Fransadan tələb ediblər ki, dünya müsəlmanlarından üzr istəsin və bir də bu cür təxribat xarakterli karikaturaların dərc olunmasına icazə verməsin.
 
Tehran sakinləri söz azadlığından sui-istifadə edib müqəddəs inancların təhqirinin yolverilməz olduğunu səfirlik əməkdaşlarının nəzərinə çatdırıblar.
 
Polis səfirliyin binasına hücumunun qarşısını ala bilib. Aksiyada ciddi insident baş verməsə də, səfirliyin binasının üzərinə şüarlar yapışdırılıb.

Google+ WhatsApp ok.ru