İranda fırtına və daşqın nəticəsində 4 nəfər ölüb

İranda fırtına və daşqın nəticəsində 4 nəfər ölüb

İranın şimalındakı fırtına və daşqınlar nəticəsində azı 4 nəfər ölüb.

 

“RİA Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.

 

Bildirilir ki, güclü fırtına əsasən ölkənin şimal və şimal-qərb rayonlarında müşahidə olunub. Daşqınlar nəticəsində Gülüstan əyalətində ailə körpəsi ilə birlikdə həyatını itirib. Elə həmin əyalətdə ildırım vurması nəticəsində 70 yaşlı qadın ölüb.

 

"Güclü külək nəticəsində şəhər və kəndlərdəki 900 ev zərər çəkib”, - deyə əyalətin qubernatoru Əhməd Monfared İRNA agentliyinə bildirib.

 

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, fırtına cümə axşam saatlarına qədər Xorasan-Rezavi əyalətinin şimal-şərqinə çata bilər. (apa) /

Google+ WhatsApp ok.ru