İranda genişmiqyaslı hərbi təlimlər keçirilir

İranda genişmiqyaslı hərbi təlimlər keçirilir

İran ordusu 12 min əsgərin iştirakı ilə geniş miqyaslı təlimlər keçirir.

Maide.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

"İktidar 97" adlı təlimlər İsfahan əyalətinin Nesrabad şəhərində keçirilir.

Təlimlərdə hərbi təyyarələr və vertolyotlar iştirak edir.

Təlimin  məqsədi İranın quru qoşunlarının  strukturunda islahatların səviyyəsini qiymətləndirməkdir. Təlim zamanı döyüş bacarıqları inkişaf etdiriləcəkdir.

Google+ WhatsApp ok.ru