İranda hərbi təyyarə süqut edib, 2 nəfər həlak olub

İranın Fars əyalətində hərbi təyyarə süqut edib. Pilot və köməkçisi həlak olub. 

Maide.az-ın  Mehr agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran siıahlı qüvvələrinin Fars əyaləti üzrə bölgə komandiri Hüseyn Məhəmmədi deyib.
Onun sözlərinə görə hadisə ötən gün səhər Fars əyalətinin İstehban şəhəri yaxınlığında təlim zamanı baş verib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Məhəmmədi deyib ki, Süqut edən təyyarə "F4" tipli təyyarə olub. Şira çəhərindən uçduqdan bir neçə dəqiqə sonra  gölə süqut edib.

Google+ WhatsApp ok.ru