İranda hərbi təlimlər keçirilir

İranda hərbi təlimlər keçirilir

Bu gün İranda "Modafeane Asemane Vilayet 7" ("Vilayət səması müdafiəçiləri 7") hərbi təlimləri başlayıb. 
 
Maide.Az xəbər verir ki, hərbi təlimlər İranın cənub, cənub-qərb və cənub-şərq bölgəsində Hərbi Hava Hücumundan Müdafiə qərargahının iştirakı ilə keçirilir. 
 
Hərbi təlimlərdə İran Silahlı Qüvvələri, "Sepah", "Bəsic" və digər qüvvələr birgə iştirak edir. Təlimlərdə 17 min hərbiçi ilə bərabər, F4 tipli qırıcı təyyarələr də iştirak edir. 
 
Təlimlərin keçirilməsində məqsəd, hərbi hava hücumundan müdafə əməliyyatlarında bütün bölmələr arasında koordinasiyanın yaradılması, radar, raket, topxana və digər sistemlərin tez yer dəyişdirilməsinin təminidir.  
 
 

Google+ WhatsApp ok.ru