İranda hərbi parad keçirilib - FOTO

İranda hərbi parad keçirilib - FOTO

Bu gün İranda hərbi parad keçirilib
 
Maide.info xəbər verir ki, mərasim Tehranda 18 aprel - İran Silahlı Qüvvələri günü münasibətilə İslam İnqilabının banisi Ayətullah Xomeyninin məqbərəsi qarşısında baş tutub.
 
Tədbirdə İran prezidenti Həsən Ruhani, dövlət rəsmiləri, yüksək çinli hərbçilər və Tehranda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri iştirak edib. Paradda İranın ən müasir hərbi texnologiyaları nümayiş etdirilib.
 
Mərasimə İran Silahlı Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Quru Qoşunları və Hərbi Hava Qüvvələri qatılıb. Mərasim İran dövlət televiziyası ilə canlı yayımlanıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru