İranda iki hərbi mərkəzi partlatmaq istəyən dəstənin üzvləri həbs olunub

İranda iki hərbi mərkəzi partlatmaq istəyən dəstənin üzvləri həbs olunub

Iranda iki hərbi mərkəzlərin birində təxribat törətmək istəyən dəstə zərərsizləşdirilib. 
 
Maide.Az İranın İRNA agentliyinə istinadən xəbər verir ki, bunu Sistan və Bəluçistan əyalətinin Xaş şəhərinin başçısı Məhəmməd Əkbər Çakərzehi deyib. 
 
Onun sözlərinə görə, təxribat törətmək istəyən dəstə iki hərbi mərkəzdə partlayışlar törətmək istəyirdilər ki, təhlükəsizlik qüvvələrinin ayıqlığı nəticəsində zərərsizləşdiriliblər. “Onlar hərbi mərkəzin yaxınlığında tutduqları evin daxilində 20 metr dərinliyində və 30 metr uzunluğunda tunel qazaraq hərbi mərkzələrdə partlayışlar törətmək istəyidilər.” 
 
M.Ə. Çakərzehi deyib ki, əməliyyat zamanı dəstənin 10 üzvi həbs olunub.
 
 

Google+ WhatsApp ok.ru