İranda iki sərnişin qatarı toqquşub, 8 nəfər həlak olub, 15 nəfər yaralanıb - FOTO, YENİLƏNİB -2

İranda iki sərnişin qatarı toqquşub, 8 nəfər həlak olub, 15 nəfər yaralanıb - FOTO, YENİLƏNİB -2

11:50
 
Maide.Az xəbər verir ki,Iranın Təcili Tibi Yardım Stansiyasının sədri  Pirhüseyn Kulivənd Presstv-yə deyib ki,  qatarların toqquşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər yaralanıb. 
 
 
10:42
 
Maide.Az xəbər verir ki, İranın Qırmızı Aypara Cəmiyyətinin yardım və xilasetmə idarəsi üzrə sədr müavini Şahin Fəthi  Mehr agentliyinə açıqlamasında deyib ki,  qatarların toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda yanğın baş verib. 
 
Onun sözlərinə görə, hadisə zamanı 8 nəfər yaralanıb. 
 
10:23
 
İranın Simnan əyalətinin Şahrud şəhərində 2 sərnişin qatarı toqquşub, ölən və yaralananlar var. 
Maide.Az İRNA-a  istinadən xəbər verir ki,  bu gün səhər yerli vaxtla təqribən 7:40 radələrində Semnan-Məşhəd qatarı ilə, Təbriz –Məşhəd qatarı toqquşub.  
Şahidlərin bildirdiyinə görə  toqquşma baş verdikdən sonra  yanğın baş verib, bir neçə vaqon yanıb.  
Hadisə Simnan şəhəri yaxınlığında Həftxan dayanacağına yaxın baş verib. 
Hazırda xilasedicilər və yanğın söndürənlər hadisə yerindədirlər. 
Hələlik ölən və yaralananların dəqiq sayı bilinmir. 
 
 
 

Google+ WhatsApp ok.ru