İranda iki təyyarə toqquşdu

İranın Mehrabad hava limanında iki təyyarə toqquşub. 
Maide.az xəbər verir ki, İranın Zaqros hava yollarına məxsus Airbus 320 tipli təyyarə uçuş zolağına gedərkən  bu ölkənin Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsi ilə toqquşub. 
Belə ki, Airbus 320 tipli təyyarənin qanadı digər C-130 tipli təyyarənin qanadlarına sürtünüb və hər iki təyyarəyə ziyan dəyib.
Məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru