İranda iki terrorçu saxlanılıb

İranda iki terrorçu saxlanılıb

 
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki terrorçu saxlanılıb.
 
"Fars" agentliyi xəbər verir ki, saxlanılan şəxslərin üzərinə baxış keçirərkən istifadəyə hazır iki partlayıcı qurğu, odlu silah və sursatlar aşkar edilib.
 
İran xüsusi xidmət orqanlarının məlumatına görə, ekstremistlər İrana Pakistan sərhədindən keçiblər və onlar Saravan şəhərində terror hücumları həyata keçirmək niyyətində olublar, lakin antiterror əməliyyatları zamanı saxlanılıblar. Saxlanılan terroristlər Pakistan vətəndaşlarıdır.
 
Dindirmə zamanı saxlanılan şəxslər terror təşkilatının üzvləri olduqlarını və İran ərazisinə təxribat törətmək məqsədilə gəldiklərini etiraf ediblər.
 
Terrorçular partlayıcı qurğuları insan izdihamı olan ictimai yerlərdə işə salmağı planlaşdırıblarmış. (virtualaz) /

Google+ WhatsApp ok.ru